InterPress.ge xəbər verir ki, davamlı etirazın 187-ci günündə qanunverici orqanın yanında toplaşan vətəndaşlar magistral yolu bağlayıblar.
Nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.
Eyni zamanda İctimai Yayımçının binasının yaxınlığında etiraz aksiyası keçirilirdi, buradan vətəndaşlar Rustaveli prospektinə doğru yürüş edərək davam edən etiraza qoşulublar
