Gürcüstan parlamenti qarşısında etiraz aksiyası yenidən başlayıb.
InterPress.ge xəbər verir ki, etirazçılar Rustaveli prospektini bağlayıblar.
Aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər, Gürcüstan və Avropa İttifaqının bayraqlarını gətiriblər.
Davamlı etirazların 185-ci günündə də nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.
