Gürcüstanda 189 956 yetkinlik yaşına çatmayan şəxs yaşayış üçün müavinət alır.
InterPress.ge xəbər verir ki, bu, Sosial Xidmət Agentliyinin məlumatında qeyd olunub.
Məlumata görə, onlardan 49 178 nəfəri 6 yaşa qədər, 140 778 nəfəri isə 6-18 yaş arasındadır.
Onu da qeyd etmək lazımdır ki, yaşayış üçün müavinət alan azyaşlıların əksəriyyəti Tbilisidə qeydiyyatdadır.
Bölgələr üzrə yaşayış müavinəti alan 0-18 yaşlı benefisiarların sayı aşağıdakı kimidir:
Tbilisi - 49 023;
Quriya - 5 689;
Raça-Leçxumi, Aşağı Svaneti - 1122;
Kaxeti - 17 497;
İmereti - 19 936;
Mtsxeta-Mtianeti - 3656;
Sameqrelo-Zemo Svaneti -16 836;
Samtsxe-Cavaxeti - 5005;
Kvemo Kartli - 37 352;
Şida Kartli - 16 304;
Acarıstan - 17 536.
Məlumat üçün bildirək ki, aprel ayında Gürcüstanda ümumilikdə 237 797 nəfər yaşayış üçün müavinət alırdı.
.jpg)