Maia Kopelaşvili: Lelo” və Qaxaria partiyasının yerli seçkilərdə iştirakla bağlı qeyri-müəyyən mövqeyi ictimaiyyətin müxalifətə olan inamını azaldır
“Lelo” və Qiorgi Qaxaria Partiyasının yerli seçkilərdə iştirakla bağlı mövqeyinin qeyri-müəyyənliyi onların ardıcıl olmayan və qeyri-sabit davranışının nəticəsidir.
InterPress.ge xəbər verir ki, bu barədə “Koalisiya Dəyişiklik üçün” üzvü Maia Kopaleişvili “Palitranews” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu vəziyyət cəmiyyətdə də müşahidə olunur və nəticədə ictimaiyyətin ümumilikdə müxalifətə olan inamı sarsılır.
“Rejim rejimdir və onu yalnız rejimə xas meyarlarla və nəticələrlə qiymətləndirmək lazımdır. Mübarizəmiz ardıcıl və qətiyyətli olmalıdır. Buna görə də müxalifət partiyalarının hamısı ardıcıl və prinsipial mövqe tutmalıdır. Məsələn, “Lelo” və Qaxaria Partiyasının yerli seçkilərdə iştirakla bağlı qeyri-müəyyən mövqeyi onların ardıcıl və prinsipial olmamasından qaynaqlanır. Bu, “Gürcü Arzusu”nu gücləndirir və bundan cəmiyyət də xəbərdardır. Nəticədə, cəmiyyətin müxalifətə olan inamı azalır.
Bizim koalisiya isə dediklərini ardıcıl şəkildə yerinə yetirir və heç vaxt “Gürcü Arzusu”nun oyununa qoşulmayıb. Amma bu iki partiya faktiki olaraq “Gürcü Arzusu”nun oyununda iştirak edir. Ona görə də başa düşürəm ki, cəmiyyətin bir hissəsi müxalifətə şübhə ilə baxır. Amma onlara demək istəyirəm ki, sadəcə şübhə ilə baxmaq kifayət deyil. Həmin ardıcıl və prinsipial olmayan partiyalara təsir etməliyik ki, onlar “Gürcü Arzusu”nun oyununda iştirak etməkdən çəkinsinlər.
Mənə bir dənə də olsun avtoritar rejim göstərin ki, orada konstitusiya həqiqətən işləsin. Konstitusiya kağız üzərində yazılmış sənəddir və dövlət institutları onu həyata keçirmədiyi halda heç bir məna daşımır. Buna görə də həmin partiyalara müraciət edirəm: saxta bəyanatlardan imtina edin, çünki bu yolla heç bir legitimlik əldə edə bilməyəcəksiniz. Əksinə, dövlətin və xalqın maraqlarına xidmət edin və “Gürcü Arzusu”nun siyasi oyunlarına qoşulmayın”, – deyə Kopaleişvili bildirib.


