31 
May
2025
12:54
223

Son 4 ildə Gürcüstan polisi 4 dəfə hakimiyyət çevrilişinə cəhdlərin qarşısını alıb – İrakli Kobaxidze

Son 4 il ərzində Gürcüstan polisi ölkənin suverenliyinə və hakimiyyətin ələ keçirilməsinə yönəlmiş 4 cəhdin qarşısını alıb. Onun sözlərinə görə, bu insidentlər zamanı heç bir vətəndaşın sağlamlığına uzunmüddətli zərər dəyməyib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze polis günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Bu gün Gürcüstan polisi əslində Avropa və Amerika standartlarından da yüksək səviyyədə fəaliyyət göstərir və bu, son dövrdə baş verən hadisələr zamanı aydın şəkildə sübut olundu. Bizim dövrümüzdə həyata keçirilən polis islahatları ən uğurlu islahatlardan biri oldu”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Xüsusi Tapşırıqlar Departamentinə, Cinayət və Patrul Polis Departamentlərinə və onların rəhbərlərinə xüsusi təşəkkürünü bildirib. O, həmçinin keçmiş daxili işlər naziri Vaxtanq Qomelauriyə “peşəkarlıq və vətənpərvərlik” üçün təşəkkür edib və yeni nazir Gela Geladzeyə uğurlar arzulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər