30 
May
2025
16:13
203

İrakli Kobaxidze: Senatorla görüşdə ABŞ ilə strateji tərəfdaşlığın yenilənməsi üçün möhkəm mövqedə dayandığımı bildirdim

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə çox məhsuldar görüş keçirdiyini bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir X sosial şəbəkəsində paylaşım edib.

O, qeyd edib ki, görüşdə Gürcüstan-ABŞ güclü tərəfdaşlığı və Gürcüstanın regionda sülh və sabitliyin təmin olunmasında xüsusi rolu müzakirə olunub.

“Mənim hökumətimin möhkəm mövqesini yenidən təsdiqlədim ki, ABŞ ilə strateji tərəfdaşlıq yenidən yüklənsin və aydın, konkret fəaliyyət planı əsasında yenilənsin. Bu, hər iki ölkə üçün real fayda gətirəcək,” – deyə Kobaxidze bildirib.

Baş nazir vurğulayıb ki, Gürcüstan etibarlı tərəfdaş olaraq qalır və tərəfdaşlarına strateji imkanlar, həmçinin milyonlarla istehlakçının olduğu böyük bazarlara çıxış imkanı təqdim edir. Görüşdə həmçinin Gürcüstanda mövcud siyasi kontekstə də toxunulub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər