Senator Stiv Deyns İrakli Kobaxidze ilə ABŞ-Gürcüstan əlaqələrini müzakirə edib
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ABŞ-Gürcüstan əlaqələrinin möhkəmləndirilməsi məsələlərini müzakirə edib.
InterPress.ge xəbər verir ki, bu barədə senatorun “X” (keçmiş “Twitter”) hesabında paylaşım yayılıb.
“Senator Stiv Deyns bu gün Gürcüstanın Baş naziri Kobaxidze ilə görüşmək və ABŞ-Gürcüstan əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə etmək fürsətinə şad oldu. Senator Gürcüstanın Qafqazda və regiondan kənarda sülh və rifahın təmin olunmasındakı həlledici rolunu təsdiqlədi və Gürcüstanı prezident Tramp və onun administrasiyası ilə ortaq iqtisadi və təhlükəsizlik maraqlarımızı irəli aparmaq üçün sıx əməkdaşlığa çağırdı”, – məlumatda deyilir.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Steeve Deyns bu gün Gürcüstana səfər edib.


