Rustaveli prospektində etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, qanunverici orqanın yaxınlığında toplaşan vətəndaşlar magistral yolu bağlayıblar.
Davamlı etirazların 181-ci günündə də nümayişçilərin tələbləri dəyişməz olaraq qalır - yeni seçkilərin təyin edilməsi və etirazlar zamanı saxlanılanların azad edilməsi.
Aksiya iştirakçıları müxtəlif məzmunlu bannerlər və Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını gətiriblər.
