27 
May
2025
12:26
143

Kobaxidze: Biz daha çox insanın öz doğma yurduna qayıtması və burada layiqli həyat və iş şəraitinin yaradılması üçün hər şeyi edəcəyik

Biz hər şeyi edəcəyik ki, daha çox insan öz doğma yurduna qayıtmaq qərarı versin və burada onları layiqli həyat şəraiti və iş gözləsin.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze diaspor günü münasibətilə keçirilən forumda çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, ötən il öz doğma yurduna qayıdan soydaşlarımızın sayı ölkədən çıxanların sayını bir qədər, amma artıq keçib.

“Xaricdə yaşayan soydaşlarımız Gürcüstanın unikallığını, mədəniyyətini və ənənələrini bütün dünyaya tanıdırlar. Onların ölkəmizin inkişafında rolu çox böyükdür. Mən çox şadam ki, getdikcə daha çox insan bu missiyanın vacibliyini anlayır.

Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Gürcüstana geri qaytarılması bizim əsas vəzifəmizdir. Biz hər şeyi edəcəyik ki, daha çox insan öz yurduna qayıtsın və burada onları layiqli həyat şəraiti və iş gözləsin. Mən çox şadam ki, ötən il öz doğma yurduna qayıdan soydaşlarımızın sayı ölkədən çıxanların sayını bir qədər, amma artıq keçib. Biz ümid edirik ki, iqtisadiyyatın sürətli inkişafı ilə birlikdə yurduna qayıdan mühacirlərin sayı ildən-ilə artacaq. Bu, bizim əsas milli missiyamız və vəzifəmizdir ki, daha çox soydaşımızı ildən-ilə yurdumuza qaytaraq”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın