
Giorgi Baçiaşvili saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Giorgi Baçiaşvilinin saxlanılması ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, DTX-nin məlumatına görə, 2025-ci il 26 may tarixində anonim məlumat əsasında Gürcüstan və Rusiya Federasiyasının ikiqat vətəndaşı olan və qırmızı dairə ilə beynəlxalq axtarışda olan Giorgi Baçiaşvilinin Qırmızı körpü ilə Sadaxlı arasında yerləşən “yaşıl sərhəd” hissəsində hərəkət etdiyi müəyyən edilib.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Giorgi Baçiaşvili saxlanılıb. Faktla bağlı istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya qarşı Mübarizə Agentliyi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə aparılır. Bu maddə qanunsuz sərhəd keçidini nəzərdə tutur və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
DTX, saxlanma əməliyyatında iştirak edən Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşlarına göstərdikləri köməyə görə təşəkkürünü bildirib.