26 
May
2025
14:52
192

İrakli Kobaxidze: Son iki əsrdə Gürcüstan heç vaxt bu gün olduğu qədər müstəqil olmayıb

"Gürcüstanın müstəqilliyi və azadlığı uğrunda mübarizə daim davam edən prosesdir və bu mübarizə bu gün də davam edir."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaçidze hərbi andiçmə mərasimində çıxışı zamanı vurğulayıb.

Baş nazir bildirib ki, son iki əsrdə Gürcüstan heç vaxt bu gün olduğu qədər müstəqil olmayıb:

“Hamınızı Gürcüstanın dövlət müstəqilliyi günü münasibətilə təbrik edirəm! Bu gün özümüzə xatırlatmalıyıq ki, son iki əsr ərzində Gürcüstan heç vaxt bu gün olduğu qədər müstəqil olmayıb. Gürcüstanın müstəqilliyi və özünəməxsusluğu ali dəyərdir və onsuz heç bir şeyin qiyməti yoxdur. Buna görə də onun qorunması bizim gündəlik qayğımız olmalıdır və Gürcüstan hökumətinin başçısı olaraq sizə söz verirəm ki, bu həmişə belə olacaq.”

Baş nazir əlavə edib ki, Gürcüstanın dövlət müstəqilliyinin bərpasından sonra ölkə müqəddəs “40 illik Musa yolu”nu keçərək “Vəd olunmuş torpağa” doğru irəliləyir:

“Vəd olunmuş torpaq bizim üçün iki əsas milli arzunun reallaşması deməkdir: birincisi, hər bir gürcü ailəsinin rifah içində yaşadığı güclü iqtisadi Gürcüstan; ikincisi, fiziki və mənəvi cəhətdən birləşmiş Gürcüstan – Abxaziya və Samtsxe-Cavaxeti ilə birgə, insanların bir-birinə qarşı sevgi ilə birləşdiyi Gürcüstan.”

Baş nazir vurğulayıb ki, gürcü xalqının qüruru Gürcüstanın hər bir guşəsi, unikal dili, yazısı və ana kilsəsidir:

“Bizim qürurumuz Vətənimizin hər bir gözəl guşəsidir – möhtəşəm təbiəti və möhtəşəm insanları ilə; bizim qürurumuz unikal dilimiz və yazımızdır; bizim qürurumuz Gürcüstanın ana kilsəsidir, o həmişə olub və bu gün də Gürcüstanın milli müstəqilliyi və özünəməxsusluğunun əsas dayaqlarından biridir. Bu gün bir daha müqəddəs kilsəmizə və Gürcüstanın Katolikos-Patriarxı II İliyaya öz minnətdarlığımı bildirirəm, o, öz müdrikliyi və yarım əsrlik fəaliyyəti ilə Gürcüstanın milli özünəməxsusluğunun qorunmasına və möhkəmləndirilməsinə böyük töhfə verib.”

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər