Lelo – Güclü Gürcüstan Partiyasının Marneuli qərargahında Müstəqillik Günü tədbiri keçirilib - FOTO
25 may tarixində Lelo – Güclü Gürcüstan Partiyasının Marneuli qərargahında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub.
InterPress.ge xəbər verir ki, tədbir çərçivəsində müstəqilliyin tarixi əhəmiyyəti, milli azadlıq uğrunda aparılan mübarizə və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin önəmi vurğulanıb.
Tədbirdə yerli sakinlərlə yanaşı, Lelo Partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev və siyasi şuranın üzvü Lana Qaldava iştirak ediblər.
Aqil Mustafayev çıxışında müstəqil Gürcüstanda yaşamağın əhəmiyyətini qeyd edərək bildirib ki, azad və demokratik ölkədə yaşamaq hər bir vətəndaş üçün qürurvericidir və eyni zamanda böyük məsuliyyətdir. O vurğulayıb ki, bu azadlığı qorumaq və möhkəmləndirmək ümumi vəzifəmizdir.
Siyasi şura üzvü Lana Qaldava da öz çıxışında Gürcüstanın müstəqillik tarixinin gənc nəsillərə düzgün çatdırılmasının vacibliyini qeyd edib və ölkənin gələcəyi naminə birliyə çağırış edib.
.png)
.png)
.png)


