26 
May
2025
13:46
218

Yeni çağırışçılar hərbi and içiblər

Bu gün Tbilisidəki Azadlıq Meydanında və ölkənin beş tarixi məkanında yeni çağırışçılar hərbi and içərək Gürcüstan Müdafiə Qüvvələrinə qoşulublar.

InterPress.ge xəbər verir ki, mərasim Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir çərçivəsində keçirilib.

Çağırışçılar and içərkən belə deyiblər:

“Mən, Gürcüstan vətəndaşı, hərbi xidmətə girərkən:

And içirəm ki, Gürcüstan qarşısında əsgəri borcumu vicdanla yerinə yetirəcəyəm;

And içirəm ki, hərbi işləri səmimiyyətlə öyrənəcək və əcdadlarımızın əsgəri ənənələrini ləyaqətlə davam etdirəcəyəm;

And içirəm ki, hərbi intizamı möhkəm qoruyacaq, dövlətin gücünün təməli kimi ona əməl edəcəyəm;

And içirəm ki, etibar edilən hərbi sirri qoruyacağam, hərbi nizamnamənin bütün tələblərinə və komandirin əmrlərinə əməl edəcəyəm;

And içirəm ki, Gürcüstanın keşiyində möhkəm dayanacaq və həyatımın son anına qədər düşmən üzərində qələbə qazanmaq üçün vuruşacağam.

Əgər bu andı pozsam, Allah və ölkə qarşısında cavabdeh olacağam. Qoy Tanrı bizi qorusun.”

Azadlıq Meydanında Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş təntənəli tədbir davam edir.

Bizimlə əlaqə saxlayın