Bu gün Gürcüstan Müstəqillik Gününü qeyd edir
Bu gün Gürcüstanın müstəqillik günüdür.
Saat 11:00-da çağırışçılar hərbi and içərək Gürcüstan Müdafiə Qüvvələrinə qoşulacaqlar.
InterPress.ge xəbər verir ki, bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Andiçmə mərasimləri yalnız Tbilisidə deyil, ölkənin beş tarixi məkanında da keçiriləcək.
“26 Mayda, ənənəyə uyğun olaraq, əhali 21 şəhər və bələdiyyədə hərbi texnika, silah və avadanlıqlarla tanış olmaq imkanı əldə edəcək. Sərgilər Tbilisidə, Goridə, Axaltsixidə, Mtsxetada, Rustavidə, Kutaisidə, Zuqdidi, Ozurgeti, Potidə, Xoni, Ambrolauridə, Batumidə, Telavidə, Axalkalakidə, Marneulidə, Senakidə, Samtrediadə, Bağdati, Çxorotsqu, Abaşa və Martvilidə keçiriləcək.
Azadlıq meydanında andiçmə və rəsmi tədbir başa çatdıqdan sonra hava hücumundan müdafiə və aviasiya qoşunlarının təyyarələri uçuş nümayişi keçirəcəklər,” – deyə Müdafiə nazirliyinin məlumatda qeyd olunur.
Xatırladaq ki, 106 il öncə - 1918-ci ilin mayın 26-da Milli Şuranın qərarı ilə Gürcüstan müstəqil respublika elan olunub. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb.
Gürcüstan müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da bərpa edib.


