"Biz Zurab Caparidzenin saxlanmasından narahatıq".
InterPress.ge xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Çexiya Xarici İşlər Nazirliyi Gürcüstan hökumətini demokratik dəyərləri qorumağa çağırır.
"Biz Zurab Caparidzenin həbsindən və bu məhkəmə işinin qapalı xarakterindən narahatıq. Gürcüstan hakimiyyətini demokratik dəyərləri, qanunun aliliyini qorumağa, fundamental hüquq və azadlıqlara hörmət etməyə çağırırıq", - bəyanatda deyilir.
