23 
May
2025
14:47
215

Lukaşenko: “Heç vaxt gürcü xalqının əleyhinə olmamışıq”

"Biz heç vaxt gürcü xalqının əleyhinə olmamışıq və tərəfdarıq ki, həm osetinlər, həm də abxazlar gürcülərlə dinc şəkildə yaşasınlar."

InterPress.ge xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Gürcüstanda Belarusun fövqəladə və səlahiyyətli səfiri təyin olunan Nikolay Roqaşçuka müraciətində bildirib.

“Bizim münasibətlərimiz yaxşılaşıb. Bu, məni çox sevindirir. Gürcülər bizə çox yaxşı yanaşırlar. Onlar xalqımızı yüksək qiymətləndirirlər. Ölkə rəhbərliyinə münasibət isə təxminən normaldır. Bəli, onların beynini yuyublar ki, guya biz onların düşməniyik, rəqibiyik, az qala düşmən ölkəyik. Amma biz heç vaxt gürcü xalqının əleyhinə olmamışıq. Biz tərəfdarıyıq ki, həm osetinlər, həm də abxazlar gürcülərlə dinc yaşasınlar. Bu, onların işidir, necə anlaşacaqlar, özləri qərar verməlidirlər. Biz müdaxilə etmirik. Biz insanların xeyrinə nə yaxşıdırsa, onu etməliyik. Bizim mövqeyimiz budur,” – deyə Lukaşenko qeyd edib.

Bizimlə əlaqə saxlayın