
I rübdə narkoloji testdən keçənlərin sayı açıqlandı-neçə nəfərin testi müsbət olub?
2025-ci ilin birinci rübündə 1 479 nəfər narkoloji yoxlamadan keçib və onlardan 1 113-də narkotik testinin nəticəsi müsbət olub.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ən yüksək göstərici paytaxt Tbilisidə qeydə alınıb – 640 nəfərdən 542-si müsbət nəticə göstərib. Ən aşağı göstərici isə Samtsxe-Cavaxetidə olub – 5 nəfərdən 4-ü.
Regionlar üzrə tam statistika belədir:
Tbilisi – 542 müsbət (640 yoxlamadan)
Kaxeti – 184 müsbət (212 yoxlamadan)
Sameqrelo – 113 müsbət (133 yoxlamadan)
İmereti – 80 müsbət (144 yoxlamadan)
Kvemo Kartli – 74 müsbət (110 yoxlamadan)
Şida Kartli – 66 müsbət (96 yoxlamadan)
Acarıstan – 38 müsbət (117 yoxlamadan)
Quriya – 12 müsbət (22 yoxlamadan)
Samtsxe-Cavaxeti – 4 müsbət (5 yoxlamadan)