
Xüsusi İstintaq Xidməti ləğv olunur
Gürcüstanda fəaliyyət göstərən Xüsusi İstintaq Xidməti ləğv edilir.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı qurumdan təsdiqləyiblər.
“Bəli, təsdiqləyirik ki, Xüsusi İstintaq Xidməti Gürcüstanın Baş Prokurorluğuna birləşdiriləcək. qanunvericilik təşəbbüsü Gürcüstan parlamentinin bürosuna təqdim olunduqdan sonra cəmiyyətə əlavə detallar təqdim olunacaq. Həmin sənəddə islahatın səbəbləri və formaları ətraflı şəkildə izah ediləcək”, – deyə qurumdan bildirilib.
Qeyd edək ki, 2022-ci ildə Dövlət Müfəttişinin Xidməti (başçısı Londa Toloraia idi) ləğv edildikdən sonra onun yerinə iki yeni qurum yaradılmışdı – Xüsusi İstintaq Xidməti və Şəxsi Məlumatların Mühafizəsi Xidməti.
Xüsusi İstintaq Xidmətinin əsas mandatı qeyri-insani və nalayiq rəftara qarşı mübarizə idi. O, hüquq-mühafizə orqanlarının əməkdaşları və dövlət məmurları tərəfindən törədilmiş cinayətlərin istintaqını aparırdı.