19 
May
2025
14:21
185

Kobaxidze: ABŞ Gürcüstanın sayəsində Əfqanıstan və İraqda 2,5 milyard dollar qənaət edib

ABŞ gürcü hərbçilərin Əfqanıstan və İraqdakı missiyalarda iştirakı sayəsində 2,5 milyard dollar qənaət edib.

InterPress.ge-nin məlumatına görə, bunu  Baş nazir İrakli Kobaxidze müsahibəsində deyib.

"Amerika tərəfi bizim Əfqanıstan və İraqdakı missiyalarda iştirakımız sayəsində 2,5 milyard dollar qənaət edib. Eyni zamanda ABŞ büdcəsindən ölkəmizə real yardım 2,5 milyard dollardan çox azdır", - Kobaxidze bildirib.

Hökumət başçısı vurğulayıb ki, o, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiyaya Dəstək Milli Fondunun xətti ilə Gürcüstana yardım adı altında ayrılan pulları nəzərdə tutmur. Baş nazirin sözlərinə görə, bu təşkilatlar vasitəsilə ayrılan pullar ölkədəki iğtişaşlara xərclənib.

Bundan əlavə, hökumət başçısının sözlərinə görə, Gürcüstan hərbi tapşırıqları yerinə yetirərkən 32 hərbi qulluqçusunu itirib.

“Bizim ABŞ Prezidenti Donald Trampın administrasiyası qarşısında qoyduğumuz yeganə tələb ədalətdir”, - Kobaxidze fikirlərini yekunlaşdırıb.

 

Bizimlə əlaqə saxlayın