19 
May
2025
14:10
625

Yeniyetmə kriminal aləmi təhqir etdiyinə görə döyülüb

Şida Kartli bölgəsində bir yeniyetmə, “TikTok” platformasında kriminal aləmlə bağlı yazdığı mənfi şərhə görə fiziki zorakılığa məruz qalıb.

InterPress.ge xəbər verir ki, məlumatı  “Kartlis Ambebi” nəşri yayıb.

Nəşrin bildirdiyinə görə, hadisə ilə bağlı bir məktəbin valideynlərinin “WhatsApp” qrupunda geniş müzakirələr aparılır. Valideynlərdən birinin dediyinə əsasən, bir neçə nəfər yeniyetməni amansızlıqla döyüb. Hadisədə 10-15 nəfərin iştirak etdiyi bildirilir ki, onların arasında həm yetkinlik yaşına çatmayanlar, həm də böyüklər olub.

“Uşaq xəstəxanaya yerləşdirildi. Hadisədə iştirak edənlərdən bəziləri böyüklər idi. Biz də qorxuruq, axı bizim də övladlarımız var. Bildiyimizə görə, hadisə iştirakçılarından bəziləri artıq polis tərəfindən dindirilib, amma nəticə məlum deyil,” – deyə valideyn bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən rəsmi şərh verilməyib.

Bizimlə əlaqə saxlayın