19 
May
2025
12:13
130

Badri Caparidze: Komissiya tam şəkildə qanunun pozulması ilə yaradılıb, siyasi qisas məqsədi daşıyır

"Mənim barəmdə başlanan cinayət işi hakimiyyətin siyasi təzyiqlərinin davamıdır və siyasi saxtakarlığın təzahürüdür."

InterPress.ge xəbər verir ki, bu barədə “Lelo – Güclü Gürcüstan” partiyasının liderlərindən biri olan Badri Caparidze Tbilisi Şəhər Məhkəməsində jurnalistlərə açıqlamasında bildirib.

Caparidzenin sözlərinə görə, Parlamentin müvəqqəti istintaq komissiyası qanunun tam pozulması ilə yaradılıb və orada müxalifət nümayəndələri yer almır. “Bu komissiya siyasi hesablaşma məqsədilə yaradılıb. Qanun açıq şəkildə deyir ki, komissiya üzvlərinin 50 faizi müxalifətdən olmalıdır. Mənə bir nəfər müxalif üzv göstərin? Bu saxtakarlıqdır, siyasi fırıldağın göstəricisidir”, – deyə o qeyd edib.

Xatırladaq ki, Badri Caparidzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə Parlamentin müvəqqəti istintaq komissiyasının çağırışına tabe olmamağı nəzərdə tutur və bu əmələ görə cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə, yaxud üç ilədək vəzifə tutma və ya fəaliyyət hüququndan məhrumetmə nəzərdə tutulur. Caparidzeyə 50 000 lari məbləğində girov təyin edilib və o, bu məbləği müəyyən olunmuş müddətdə ödəyib.

Bizimlə əlaqə saxlayın