17 
May
2025
18:01
212

İrakli Kobaxidze: Bugünkü yürüş həm də, gürcü xalqının sona qədər ənənəvi dəyərlərimizin keşiyində möhkəm dayanacağının əks-sədasıdır

"Bugünkü yürüş həm də, gürcü xalqının sona qədər ənənəvi dəyərlərimizin keşiyində möhkəm dayanacağının əks-sədasıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüşdə jurnalistlərə bildirib.

Baş nazirin dediyinə görə, kifayət qədər nüfuzlu qüvvələr saxta ideologiyaları cəmiyyətə zorla qəbul etdirməyə çalışırlar.

“Biz ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların maraqlarının qorunmasına xidmət edən qanunu qəbul edərək buna qarşı çıxdıq. Bu qanuna yönəlik ciddi tənqidlər oldu, bu, tamamilə anlaşılmaz idi, lakin cəmiyyət özünü layiqincə göstərdi və təzyiqlərə baxmayaraq, hər kəs ənənəvi dəyərlərimizi qorumağın nə qədər vacib olduğunu dərk etdi. Təbii ki, bugünkü yürüş həm də, gürcü xalqının sona qədər ənənəvi dəyərlərimizin keşiyində möhkəm dayanacağının əks-sədasıdır”, – Baş nazir bəyan edib.

Bizimlə əlaqə saxlayın