Gürcüstanın baş naziri İrakli Kobaxidze Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb
Məlumata görə, tərəflər iki ölkə arasında sıx siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər.
“Yaxın vaxtlarda Budapeştdə keçiriləcək Gürcüstan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının ikitərəfli iqtisadi əlaqələrin daha da dərinləşməsinə töhfə verəcəyi qeyd edilib.
Gürcüstan və Macarıstanın baş nazirlərinin görüşü Avropa Siyasi İttifaqının Sammiti çərçivəsində keçirilib”, - məlumatda deyilir.
