16 
May
2025
12:39
324

Vahid Milli Hərəkat Partiyasının nümayəndə heyəti ABŞ-da konqresmen Cim Berdlə görüşüb

ABŞ-da səfərdə olan “Vahid Milli Hərəkat” partiyasının nümayəndə heyəti ABŞ Konqresində Milli Təhlükəsizlik məsələləri üzrə Respublikaçı lider, Xarici Əlaqələr Komitəsinin Kəşfiyyat Altkomitəsinin nüfuzlu üzvü Cim Berdlə görüş keçirib.

InterPress.ge xəbər verir ki, bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti konqresmənə “MEGOBARI Aktı”na ikipartiyalı dəstəyə görə təşəkkür edib. Bildirilib ki, bu qanunun qəbul edilməsi Gürcüstanın demokratik qüvvələrinə yeni ümid verib və ABŞ-ın gürcü xalqına ikipartiyalı dəstəyinin güclü siqnalı olub.

Görüş zamanı Milli Hərəkat rəhbərləri konqresmənə Çinin Gürcüstandakı artan iqtisadi imperializmi ilə bağlı ətraflı hesabat təqdim ediblər. Qeyd olunub ki, Bidzina İvanişvilinin rejimi Pekinin siyasi və iqtisadi təzyiqlərinə qapı açmaqda davam edir və ölkəni faktiki olaraq koloniyaya çevirməyə hazırdır. Bu isə Gürcüstanın suverenliyinə və onun Avroatlantik gələcəyinə ciddi təhlükə yaradır.

Partiya sədri bildirib ki, Cim Berdin kəşfiyyat altkomitəsindəki rolu xüsusilə xarici zərərli təsirlərin araşdırılması baxımından çox önəmlidir və onun qəti dəstəyi Gürcüstanın demokratik gələcəyi üçün olduqca əhəmiyyətlidir.

Qeyd olunur ki, bu görüş Vahid Milli Hərəkatın Vaşinqtonda keçirilən rəsmi səfəri çərçivəsində baş tutub. Səfərin məqsədi ABŞ-Gürcüstan tərəfdaşlığını dərinləşdirmək və Gürcüstan demokratiyasına dəstək məqsədilə ABŞ-ın siyasi diqqətini cəlb etməkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər