16 
May
2025
11:37
309

“Oğru dünyası” ilə əlaqəsi olan 8 nəfər saxlanılıb

Mərkəzi Kriminal Polis Departamentinin, Təşkilatlanmış Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları, Baş Prokurorluqla birgə Tbilisidə, Kvemo Kartli və Sameqreloda həyata keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində ümumilikdə 8 nəfəri saxlayıb, daha 3 şəxsə isə qiyabi olaraq ittiham elan edilib. Onlardan 2-si “qanuni oğru” kimi tanınır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyi bildirir ki, saxlanılan şəxslər “qanuni oğru təşkilatına üzv olmaq”, “qanuni oğruya müraciət etmək” və “qanuni oğru fəaliyyətinə dəstək verməkdə” ittiham olunurlar. Onlar aşağıdakılardır:

G.S. (1982-ci il təvəllüdlü)

A.Q. (1989)

V.S., ləqəbi “Povera” (1982)

G.R. (1991)

O.M., ləqəbi “Gege” (1980) və əvvəlki cinayətlərə görə məhkum olunmuş şəxslər – M.CH. (1978), B.SH. (1985) və L.TS. (1978)

Qiyabi ittiham edilənlər:

Bacho Nadareişvili (1982), ləqəbi “Bacho Tbilisski” və Manuchar Gasviani (1979) – “qanuni oğru” kimi,

T.R. (1978) – “qanuni oğru fəaliyyətinə dəstək verməkdə” təqsirləndirilir.

Cinayətlərin törədilməsi 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

İstintaq müəyyən edib ki, saxlanılan şəxslər maddi maraqlar üçün vətəndaşlar arasındakı maliyyə mübahisələrinə qarışıb, xaricdəki “qanuni oğru”larla əlaqə saxlayıb və “qanuni oğru ənənələrinə” uyğun toplantılar təşkil ediblər. Onlar mübahisələrin həlli zamanı tərəflərə öz maraqları naminə maliyyə öhdəlikləri yükləyiblər.

Polisin keçirdiyi axtarış zamanı təqsirləndirilən şəxslərin evlərindən kompüter texnikası və mobil telefonlar aşkarlanaraq maddi sübut kimi götürülüb.

İstintaq Cinayət Məcəlləsinin müvafiq maddələri – 223^1 (1-ci və 2-ci hissələr), 223^4 (1-ci hissə) və 223^3 (2-ci hissə) ilə aparılır.

Bizimlə əlaqə saxlayın