Yaxın günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
InterPress.ge xəbər verir ki, bu barədə meteoroloq Koba Partenadze məlumat verib.
"Yaxın günlərdə vəziyyət yenidən istilərə doğru köklü şəkildə dəyişəcək. Mayın 16-da və 17-də ölkə ərazisində günəşli hava şəraiti, mayın 17-də xüsusilə isti hava şəraiti gözlənilir - maksimum temperatur sahilboyu zolağında və Gürcüstanın qərbində +32, şərq hissəsində isə +27 dərəcəyədək yüksələcək".
