14 
May
2025
12:48
183

Pavel Herçinski: “Rusiya imperiya gündəmi ilə qonşu ölkələrə qarşı yönəlmiş təhdiddir – Gürcüstanın 20%-i hələ də Rusiyanın işğalı altındadır”

Avropa İttifaqının  Gürcüstanfakı səfiri Pavel Herçinski bildirib ki, Rusiya Ukraynaya qarşı “amansız, təhriksiz və əsassız” aqressiya həyata keçirir və bu ölkə sadəcə özünü müdafiə edir. Onun sözlərinə görə, Gürcüstan 2008-ci ildən Rusiyanın təcavüzünün hədəfidir və bu gün də onun 20%-i işğal altındadır.

InterPress.ge xəbər verir ki, bu barədə səfir Polşa səfirliyinin təşkil etdiyi “Rus təhlükəsi və onun qavranması: Polşa, Ukrayna və Gürcüstan təcrübəsi” adlı tədbirin əvvəlində danışıb.

“Biz, Aİ və onun üzv dövlətləri, Rusiyanın hədəfiyik. Biz öyrəndik ki, Rusiyaya etibar etmək olmaz. Rusiya imperiya gündəmi ilə hərəkət edir və bu, məhz onun qonşularına qarşı yönəlib. Onun Ukraynaya qarşı amansız, təhriksiz və əsassız aqressiyası, eləcə də qonşuluqdakı digər ölkələrə qarşı hibrid fəaliyyəti müvafiq cavab tələb edir. Buna görə biz birlikdə işləməliyik ki, güclü olaq və hər bir ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü qoruya bilək”, – deyə Herçinski qeyd edib.

Bizimlə əlaqə saxlayın