13 
May
2025
12:59
180

Parlament “MEGOBARI Aktı”na cavab olaraq xüsusi bəyanat qəbul edəcək

ABŞ Nümayəndələr Palatası tərəfindən dəstəklənmiş “MEGOBARI Aktı”na cavab olaraq Gürcüstan Parlamenti xüsusi bəyanat qəbul edəcək.

InterPress.ge xəbər verir ki, Bəyanat layihəsi artıq parlamentdə təşəbbüs kimi irəli sürülüb.

Layihənin təşəbbüskarları parlamentin sədri Şalva Papuaşvili, “Gürcü Arzusu” fraksiyası və parlamentdə təmsil olunan digər siyasi qrupların rəhbərləridir.

Layihə baxılması üçün Xarici Əlaqələr Komitəsinə göndərilib və sabah plenar iclasda müzakirəyə çıxarılacaq.

Parlamentin sədri Şalva Papuaşvilinin sözlərinə görə, Gürcüstan parlamenti ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul olunmuş “MEGOBARI Aktı” ilə bağlı öz mövqeyini açıq şəkildə ortaya qoyacaq:

“Bu gün ictimaiyyət ABŞ prezidentinə ünvanlanmış baş nazirin məktubunu gördü. Həmin məktubda “MEGOBARI Aktı”na da toxunulub. Eyni zamanda, parlamentdə fraksiyaların və siyasi qrupların iştirakı ilə bu qanunla bağlı xüsusi bəyanat hazırlanıb. Bəyanatda bizim dəyərləndirməmiz və bu aktla bağlı münasibətimiz əks olunub.

Bu sənədə “MEGOBARI Aktı” adı verilib, lakin biz orada hər şeyi oxuduq – bircə dostluqdan başqa. Sənəd yalnız yanlış faktlara əsaslanmır, həm də Gürcüstanda mövcud olan reallığı tamamilə təhrif edir.

Bizim məqsədimiz arqumentlərə və möhkəm faktlara əsaslanaraq, hər kəsə reallığı göstərmək və öz dəyərləndirməmizi verməkdir. Bizim “MEGOBARI Aktı”nda gördüklərimiz, dostluğun istənilən anlayışına ziddir,” – deyə Şalva Papuaşvili bildirib.

Bizimlə əlaqə saxlayın