Mixeil Canelidze: “Gürcü Arzusu” ümidsiz vəziyyətdədir, sonunun yaxınlaşdığını anlayır”
Gürcüstanın sabiq xarici işlər naziri Mixeil Canelidze Baş nazir İrakli Kobaxidzenin ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə ünvanladığı açıq məktubunu sərt şəkildə tənqid edib.
InterPress.ge xəbər verir ki, bu barədə Canelidze “Facebook” paylaşımında bildirib.
Onun sözlərinə görə, Gürcü Arzusu” artıq siyasi çıxılmaz vəziyyətdədir:
“Bu məktubdan yaxşı nəyi görə bilərik – “Gürcü Arzusu” ümidsiz vəziyyətdədir və başa düşür ki, onun sonu yaxınlaşır. Utancverici və ağrılıdır bu cür vəziyyətin ölkəmizin başına gəlməsi”.
Xatırladaq ki, İrakli Kobaxidze bir neçə həftə əvvəl ABŞ-ın administrasiyasına Gürcüstan-Amerika münasibətləri ilə bağlı məktub göndərdiyini, lakin hələ də cavab almadığını bildirib. O, məktubda qeyd edir ki, Gürcüstanın yüksək vəzifəli şəxslərinə tətbiq olunan sanksiyalar və “MEGOBARI Aktı” kimi təşəbbüslər “absurd və təhqiredici”dir.
Baş nazir, həmçinin, ABŞ administrasiyası ilə Gürcüstan hökumətinin dəyərləri arasında tam uyğunluq olduğunu qeyd edib və ümidini ifadə edib ki, ABŞ “dərin dövlət”lə mübarizədə uğur qazanacaq və bu, ikitərəfli strateji tərəfdaşlığın bərpasına gətirib çıxaracaq.


