Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaxetidə baş verən qətllə bağlı təqsirləndirilən şəxs saxlanılıb

440
Kaxetidə baş verən qətllə bağlı təqsirləndirilən şəxs saxlanılıb
Dinləmək üçün basın

Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, qəsdən adam öldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamıyla, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü R.L. saxlanılıb.

Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində, qəsdən adam öldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamıyla, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü R.L. saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cinayət maddələri 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

İlkin istintaq müəyyən edib ki, 2025-ci il 11 may tarixində Axmeta bələdiyyəsində baş vermiş mübahisə zəminində J.K. ov tüfəngi ilə R.L.-nin ayaq nahiyəsindən atəş açaraq yaralayıb. Cavab olaraq, R.L. odlu silahla J.K.-ya ölümcül güllə yarası yetirib.

J.K. hadisə yerində ölüb, R.L. isə hazırda klinikada müalicə alır.

Polis hadisədə istifadə olunmuş ov tüfəngi və tapançanı maddi sübut kimi götürüb.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri üzrə aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →