Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Masa arxasında başlayan mübahisə qətllə nəticələndi

749
Masa arxasında  başlayan mübahisə qətllə nəticələndi
Dinləmək üçün basın

Kaxetidə, Axmeta rayonunun “Çğaroebi” adlanan ərazisində masa arxasında başlayan mübahisə atışmaya çevrilib.

Kaxetidə, Axmeta rayonunun “Çğaroebi” adlanan ərazisində masa arxasında başlayan mübahisə atışmaya çevrilib.

InterPress.ge xəbər verir ki, nəticədə 40 yaşlarında olan – C.K. odlu silahdan açılan atəş nəticəsində həlak olub.

Hadisə zamanı qətli törətdiyi ehtimal edilən şəxs – R.L. də yaralanıb və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, həm ölən, həm də yaralanan şəxslər Kaxetinin Kistauri kəndində yaşayırdılar. Yerli sakinlərin verdiyi məlumata görə, qarşıdurma masa arxasında başlayan sözlü mübahisədən sonra yaranıb. İlkin versiyaya əsasən, əvvəlcə R.L.-ə atəş açılıb, daha sonra isə o, C.K.- nı ölümcül yaralayıb.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı əlavə məlumatları araşdırır. Faktla bağlı istintaq başlayıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →