"Gürcüstanın rəhbərliyi Abxaziyanın müstəqilliyini qəbul etməlidir."
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mediasına verdiyi müsahibədə işğal olunmuş Abxaziyanın prezidenti Badrə Gunba bəyan edib.
“Gürcüstanın siyasi elitası reallıqla barışa bilmir. Abxaziya müstəqil dövlətdir”, – deyə Gunba bildirib.
Onun sözlərinə görə, Tbilisi ilə dialoq yalnız Abxaziyanın “suverenliyinin” tanınması və güc tətbiqindən imtina haqqında sazişin imzalanması şəraitində mümkündür.
