
4 nəfər narkotik cinayətləri ittihamı ilə saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları operativ tədbir və istintaq hərəkətləri nəticəsində narkotik cinayətlərə görə 4 nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Verilən məlumata görə, saxlanılanlar arasında əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş, 2003-cü il təvəllüdlü N.Ç., 1978-ci il təvəllüdlü K.K., Rusiya Federasiyası vətəndaşı, 1981-ci il təvəllüdlü G.K. və İordaniya vətəndaşı, 2003-cü il təvəllüdlü O.A. var.
Onlar böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması, satışa hazırlanması, psixotrop maddələrin və marixuananın qanunsuz əldə olunması və saxlanması, eləcə də narkotik maddə tərkibli bitkilərin qanunsuz becərilməsi ittihamı ilə saxlanılıblar. Cinayətlərə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.
Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərindən, yaşadıqları mənzillərdən və onların göstərdiyi yerlərdən müxtəlif növ və xüsusilə böyük miqdarda narkotik maddələr – kokain, MDMA, lizergid, psixotrop maddələr və marixuana müsadirə ediblər. Həmçinin xüsusi hazırlanmış istixanada becərilən çox böyük miqdarda kənq (marixuana) bitkisi aşkarlanıb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260, 261, 18-260, 265 və 273-prim maddələri ilə aparılır.