09 
May
2025
13:48
136

Kobaxidze: “Mənim Avropa yanaşmam hamı ilə danışmaqdır, onların sovet yanaşması isə – danışmamaq”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, onun “Avropa yanaşması” hamı ilə danışmağa hazır olmaqdır, halbuki Avropa İttifaqı tərəfdən müşahidə olunan “danışmamaq sovet yanaşmasıdır”.

InterPress.ge xəbər verir ki, p, bu sözləri Avropa liderlərindən kiminlə danışmaq istədiyi haqda verilən suala cavab olaraq deyib.

“Kim istəsə, hamı ilə danışmağa hazıram, bu, sadə yanaşmadır. Əgər onların tərəfindən ədalətli və sağlam münasibət olacaqsa, biz hamı ilə danışmaq istəyirik. Danışmamaq sovet yanaşmasıdır, bu gün onu Sovet İttifaqı deyil, Avropa İttifaqı göstərir. Mənim Avropa yanaşmam odur ki, hamı ilə danışmaq istəyirəm, onların sovet yanaşması isə – danışmamaq,” – deyə Kobaxidze qeyd edib.

O, təsdiqləyib ki, Albaniyaya səfəri planlaşdırılıb. Baş nazir bildirib ki, belə görüşlər adətən dəhlizlərdə keçirilir və kim danışmaq istəyirsə, o, hamı ilə ünsiyyətə hazırdır: “Danışmamaq yalnız bir şeyi izah edə bilər – kimsə ədalətsizlik planlaşdırır, kimsə bilərəkdən bizim milli maraqlarımıza zərər vurmaq istəyir. Biz axıra qədər milli maraqlarımızın keşiyində duracağıq.”

Bizimlə əlaqə saxlayın