09 
May
2025
10:40
118

Avropa Günü münasibətilə Tbilisidə yürüş keçiriləcək

9 may tarixində, Avropa Meydanında “Güc Avropadadır, güc birlikdədir” şüarı ilə kütləvi aksiya keçiriləcək. Aksiya saat 19:00-a planlaşdırılıb, lakin bundan əvvəl paytaxtın müxtəlif nöqtələrindən Avropa Meydanına yürüşlər təşkil olunacaq.

InterPress.ge xəbər verir ki, aksiyaya yazıçılar, nəşriyyatçılar, mədəniyyət xadimləri, tələbələr və digər ictimai qruplar qoşulacaq.

Sosial şəbəkələrdə təşkilatçıların yaydığı bəyanatda vurğulanır ki, gürcülər Avropa Gününü Avropa gələcəyi uğrunda mübarizə ilə qarşılayacaqlar:

“9 may Avropa Günüdür və bizim birliyin günüdür.

75 il əvvəl Avropa İttifaqının – bəşəriyyət tarixində dövlətlərin ən güclü birliyinin – təməli qoyuldu; burada hər bir ölkə və vətəndaş azaddır, xarici təhlükələrdən, dövlət zorakılığından, ədalətsizlikdən və yoxsulluqdan qorunur.

Biz əsrlər boyunca gürcülüyümüzdən vaz keçmədən, düşmənə boyun əymədən, Avropa İttifaqının qapısına qədər mübarizə apararaq gəlib çatdıq.

Avropa Günü bütün azadlıqsevər insanlar üçün xalq iradəsinin bədxahlığa qalib gəlməsinin bayramıdır.

Bu il Avropa Gününü biz Avropa gələcəyimiz uğrunda mübarizədə qarşılayırıq – mübarizəmizin qəhrəmanları, vicdan məhbusları ilə birlikdə, onların azadlığı tələbi ilə, ailələrinin ehtiramı və minnətdarlığı ilə, qələbə əminliyi, gürcülüyümüz və avropalılığımızın birliyi və gücü ilə.

9 mayda, saat 19:00-da sizi Avropa Meydanında gözləyirik.

Gəlin birlikdə dayanaq və keçmiş və gələcək nəsillərə, Avropaya və dünyaya deyək ki, bizim iradəmiz dönməzdir, çünki Gürcüstan Avropaya məxsusdur və Avropanın vədi Gürcü xalqına məxsusdur.

Bizim gücümüz Avropadadır! Bizim gücümüz birlikdədir!” – deyilir bəyanatda.

Bizimlə əlaqə saxlayın