08 
May
2025
18:19
191

Estoniya Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin vizasız gediş-gəlişini dayandırdı

Estoniya Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərin vizasız gediş-gəlişini dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.

“Bu gün, mayın 8-də Estoniya hökuməti Gürcüstanın diplomatik və xidməti pasportlarına malik olan şəxslərə viza tələbi tətbiq etmək barədə qərar qəbul edib. Bu, Avropa İttifaqının qəbul etdiyi qərardır və hər bir üzv dövlət bunu öz qanunvericiliyində həyata keçirməlidir", - bəyanatda deyilir.

Qurum Estoniya Xarici İşlər Nazirinin şərhini də dərc edib.

“Diplomatik və xidməti pasportlara malik olan şəxslər üçün viza tələbinin tətbiqi beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa İttifaqının sadə insanlara, etirazçılara və jurnalistlərə qarşı repressiyaları, polisin cəzasız qalması və hakim “Gürcü Arzusu” partiyasının vətəndaş cəmiyyətini susdurması ilə razılaşmadığını göstərən növbəti addımdır”, - xarici işlər naziri Marqus Tsahkna deyib.

Tsahkna-nın məlumatına görə, Avropa İttifaqı biometrik pasportlara malik Gürcüstan vətəndaşlarının vizasız gediş-gəlişini məhdudlaşdırmağı da nəzərdən keçirir.

Estoniya 83 Gürcüstan vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

Bizimlə əlaqə saxlayın