07 
May
2025
18:35
148

“MEGOBARI Aktı” ABŞ Senatına təqdim edilib

ABŞ Nümayəndələr Palatasında təsdiqləndikdən sonra “MEGOBARI Aktı” rəsmi olaraq Senata təqdim olunub.

InterPress.ge xəbər verir ki, müvafiq dəyişikliklər senatın gündəliyinə əlavə edilib.

Xüsusilə, 6 mayda ABŞ Konqresinin aşağı palatası – Nümayəndələr Palatası – “MEGOBARI Aktını” təsdiqlədikdən sonra qanun layihəsi Konqresin yuxarı palatasına – Senata göndərilib. Layihə 6 may tarixindən Senatın rəsmi gündəliyində “ümumi məsələlər” bölməsinə əlavə edilib və belə adlandırılıb: “Akt, Gürcüstanda Çin Kommunist Partiyasının, İran rejiminin və Rusiya Federasiyasının təsirinə qarşı müqavimət göstərilməsi məqsədilə.

"Qeyd edək ki, Senatın gündəliyində həmçinin senator Jin Şahinin və başqalarının təqdim etdiyi “Gürcüstanda demokratiyanın və hüququn aliliyinin dəstəklənməsi və digər məqsədlər haqqında qanun layihəsi” (digər adı ilə “MEGOBARI Aktı”) yer alır. Bu layihəyə 27 aprel tarixində Senatın Xarici Əlaqələr Komitəsi dəstək verib.

 

 

Bizimlə əlaqə saxlayın