
Vaxtanq Qomelauri: “Məni bu siyahıya çoxdan yazmışdılar”
Daxili işlər naziri Vaxtang Qomelauri “MEGOBARI Aktı” çərçivəsində sanksiya tətbiq ediləcək şəxslər siyahısına düşməsinə münasibət bildirib
“Məni bu siyahıya çoxdan yazmışdılar,”
InterPress.ge xəbər verir ki, bu barədə Qomelauri “Gürcü Arzusu”nun qurultayına gədərkən jurnalistlərə bildirib.
Xatırladaq ki, “MEGOBARI Aktı” çərçivəsində sanksiya nəzərdə tutulanlar sırasında baş nazir İrakli Kobaxidze, Tbilisi meri Kaxa Kaladze, keçmiş baş nazir İrakli Ğaribaşvili, eləcə də məhkəmə, parlament, hüquq-mühafizə orqanları, biznes və media nümayəndələri var. Sənəd ABŞ Nümayəndələr Palatasında qəbul edilib və sanksiyalar Gürcüstan rəsmilərinə, həmçinin onların ailə üzvlərinə, yaxın çevrəsinə və biznes maraqlarına şamil oluna bilər.