
Laşa Xuçişvili: “Şərq Dəhlizi Gürcüstan olmadan mövcud ola bilməz”
"Regionda geopolitik vəziyyət dəyişsə belə, o cümlədən Ukraynaya görə Rusiyaya qoyulan sanksiyalar aradan qalxsa, Şərq Dəhlizi yüklərin çox böyük hissəsini qoruyub saxlayacaq."
InterPress.ge xəbər verir ki, Gürcüstanın maliyyə naziri Laşa Xuçişvili bildirib.
Xuçişvilinin sözlərinə görə, Gürcüstan, Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx koordinasiya vacibdir: “Heç bir zəmanət yoxdur ki, bu günki yük həcmi tam saxlanacaq, amma hər bir ölkə artıq anlayır ki, yalnız bir koridora və ya bazara bağlı qalmaq olmaz. Koordinasiya var və biz bunu daha da gücləndiririk.”
Nazir Şərq Dəhlizində Gürcüstanın rolunu qorumaq üçün görülən əsas addımları qeyd etdi: logistika infrastrukturunun inkişafı (xüsusən Tbilisi-Qara dəniz sürətli yolunun tamamlanması, qonşularla yol bağlantıları), dəmir yollarına və dərin dəniz limanına investisiyalar, habelə yeni beynəlxalq hava limanı layihəsi. O vurğuladı ki, tariflərdəki balans da əsas amildir, çünki bir ölkədəki yüksək tariflər bütün dəhlizi zəiflədə bilər.
Xutsişvili həmçinin ABŞ-ın “MEGOBARI Aktı”nın qəbul olunması halında, Gürcüstan hakimiyyəti rəsmilərinə qarşı sanksiyaların ölkənin beynəlxalq nüfuzuna və Şərq Dəhlizindəki roluna təsir edib-etməyəcəyi sualına belə cavab verdi: “Şərq Dəhlizi Gürcüstan olmadan mövcud ola bilməz. Bizim ölkə olmadan indiki miqyasda yük axınını təmin etmək mümkün deyil. Bunu bütün tərəfdaşlarımız yaxşı bilir.”