07 
May
2025
11:31
364

188 min dollarlıq saxta pul dövriyyəyə buraxan iki nəfər saxlanılıb

İstintaq Xidmətinin əməkdaşlar tərəfindən həyata keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində əvvəlcədən əlbir olmuş qrup tərəfindən külli miqdarda saxta pulun dövriyyəyə buraxılması faktı aşkar edilib və iki nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə Şida Kartli bölgəsində ümumilikdə 188 900 ABŞ dolları məbləğində, 1 889 ədəd saxta 100 dollar nominallı əsginası dövriyyəyə buraxıblar.

Keçirilmiş istintaq tədbirləri nəticəsində bütün saxta əsginaslar götürülüb.

Hazırda araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 212-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın