07 
May
2025
10:32
157

Co Vilson MEGOBARI aktı çərçivəsində sanksiyalara məruz qala biləcək gürcü siyasətçilərin siyahısını açıqlayıb

ABŞ Helsink Komissiyasının həmsədri və MEGOBARI aktının müəllifi, respublikaçı konqresmen Co Vilson Gürcüstanda sanksiyalara məruz qala biləcək şəxslərin siyahısını yayıb.

InterPress.ge xəbər verir ki, bu barədə o X -də paylaşım edib.

Vilson bildirib: “MEGOBARI aktı Nümayəndələr Palatasında qəbul edildi və Amerika düşməni, İvanişvilinin mafioz dəstəsi xəbərdar edilməlidir! Azad və ədalətli seçkiləri dəstəkləyin, yoxsa nəticələrə hazır olun.”

Vilsonun açıqladığı siyahıda İvanişvilinin “kölgə idarəçiliyini” və Gürcüstanın “Çin, İran və Rusiyanın təsiri altına salınmasını” dəstəkləyən şəxslər yer alıb.

İcra və hüquq-mühafizə orqanları:

– İrakli Kobaxidze (Baş nazir)

– Kaxa Kaladze (Tbilisi meri, Gürcü Arzusu baş katibi)

– İrakli Qaribaşvili (keçmiş partiya sədri)

– Vaxtanq Qomelauri (daxili işlər naziri)

– Anri Oxanaşvili (Dövlət Təhlükəsizlik Xidməti rəhbəri)

– Paata Salia (ədliyyə naziri)

– Maka Bochorishvili (xarici işlər naziri)

– Sulxan Tamazashvili (Acarıstan hökumətinin rəhbəri)

Parlament:

– Şalva Papuaşvili (parlament sədri)

– Nino Tsilosani (parlament sədrinin müavini)

– Mamuka Mdinaradze (parlament çoxluğunun lideri)

– Viktor Japaridze (deputat, PosTV sahibi)

– Dito Samxaradze (deputat, partiyanın regional katibi)

– Tea Tsulukiani (deputat)

Məhkəmə:

– Mixeil Çinçaladze (Tbilisi Apellyasiya Məhkəməsinin sədri)

– Levan Murusidzi (Ali Ədliyyə Şurası üzvü)

– Dimitri Qvritişvili (Ali Ədliyyə Şurası üzvü)

– Giorgi Mikautaidze (Ali Məhkəmə sədrinin müavini)

– Levan Tevzadze (Ali Məhkəmə sədrinin müavini)

– İrakli Şengeliyə (Apellyasiya məhkəməsinin sədr müavini)

– Revaz Nadaraia (Konstitusiya Məhkəməsinin sədri)

– Şalva Tadumadze (keçmiş Ali Məhkəmə sədrinin müavini)

Əsas qurumlar:

– Giorgi Qabitashvili (Baş prokuror)

– Karlo Katsitadze (Xüsusi İstintaq Xidmətinin rəhbəri)

– Giorgi Kalandarishvili (Mərkəzi Seçki Komissiyasının sədri)

– Giorgi Javaxishvili (MSK katibi)

– Rajden Kuprashvili (Korrupsiya ilə Mübarizə Bürosunun rəhbəri)

– Natia Turnava (Milli Bankın prezidenti)

Biznes:

– Uça Mamatsashvili

– İvane Çxartişvili

– Aleksandre İvanişvili

– Otar Romanov-Fartsxaladze

– Noşrevan Namoradze

Təbliğat:

– İrakli Ruxadze (Imedi TV sahibi)

– Laşa Natsvlişvili (PosTV qurucusu)

– Vasili Maqlaperidze (İctimai Yayım Şurasının sədri)

– Tinatin Berdzenişvili (İctimai Yayım direktor)

– Kaxi Bekauri (Milli Kommunikasiya Komissiyasının sədri)

Vilsonun sözlərinə görə, bu şəxslər Gürcüstanın demokratik geriləməsində və İvanişvilinin təsir dairəsində mühüm rol oynayır.

Bizimlə əlaqə saxlayın