
Polis 4 narkotik alverçisi tutub
Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin İstintaq və Dedektivlər Bölmələri, eləcə də həmin idarənin Siğnaği, Qurcaani və Axmeta rayon şöbələrinin əməkdaşları müxtəlif vaxtlarda həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətləri törətməkdə təqsirli bilinən 4 nəfər tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aşağıdakı şəxslər dəfələrlə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanması və satılması ittihamı ilə saxlanılıblar: İraq Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü V.A. və əvvəllər məhkum olunmuş şəxslər: 1973-cü il təvəllüdlü Ş.G., 1969-cu il təvəllüdlü V.Ğ., hazırda şərti sınaqda olan 1990-cı il təvəllüdlü R.İ.
Polis hakimin hökmü əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılmış şəxslərdən nəzarət altında narkotik alışları həyata keçirib və bu alışların audio və video çəkilişlərini gizli şəkildə qeydə alıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin şəxsi və yaşayış evlərinə baxış nəticəsində maddi sübut kimi narkotik vasitə olan “buprenorfin”, “alfa-PVP” və “qurudulmuş marixuana” götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi, 260-cı Tersiya və 273-cü Prima maddələri ilə istintaq aparılır.
Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.