
Vağzal meydanında bir nəfərin ölümü ilə bağlı 2 nəfər saxlanılıb
Vağzal meydanında bir nəfərin ölümü ilə bağlı qrup halında qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaq müəyyən edib ki, mayın 5-də Tbilisidə təqsirləndirilən şəxslərlə 1970-ci il təvəllüdlü E.N. arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Fiziki qarşıdurma zamanı aldığı xəsarətlər nəticəsində E.N. hadisə yerində dünyasını dəyişib.
İş üzrə həyata keçirilmiş istintaq-əməliyyat və prosessual hərəkətlər nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hadisədən bir neçə saat sonra cinayəti törətməkdə təqsirləndirilən şəxsləri yaxalayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə araşdırma aparılır.
Cinayət 14 ilə qədər həbslə cəzalandırılır.