06 
May
2025
11:55
231

Aprel ayında Gürcüstandan qovulan əcnəbilərin sayı açıqlanıb

Miqrasiya Departamentinin əməkdaşları aprel ayında 96 əcnəbi vətəndaşı Gürcüstandan çıxarıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, ölkədən çıxarılan şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.

"Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti Nazirliyin digər struktur bölmələri ilə sıx əlaqələndirilmiş şəkildə ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəni səmərəli şəkildə təmin edir. O cümlədən, son bir ay ərzində müxtəlif ölkələrin 96 vətəndaşı ölkədən çıxarılıb.

Xarici vətəndaşların bir qismi Gürcüstanı könüllü tərk edib, digərləri isə Miqrasiya Departamentinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədən məcburi çıxarılıb. Qovulmuş şəxslərin ölkəyə girişi qanunvericiliyə uyğun olaraq qadağan edilib.

Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Azərbaycan, Slovakiya və Qazaxıstanın ümumilikdə 96 vətəndaşı Gürcüstandan çıxarılıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də qanuni əsas olmadan Gürcüstanda olan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların Gürcüstandan çıxarılmasının həyata keçirilməsidir", - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bizimlə əlaqə saxlayın