05 
May
2025
10:36
185

ABŞ Konqresi bu gün “MEGOBARI Aktını” müzakirə edəcək

ABŞ Konqresinin Nümayəndələr Palatasında bu gün “MEGOBARI Aktı” müzakirəyə çıxarılacaq.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Palata yayıb.

Qeyd olunur ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu qanun layihəsini 2025-ci il martın 27-də dəstəkləyib.

“Gürcüstanın Hesabatlılığını, Dözümlülüyünü və Müstəqilliyini Gücləndirmək və Səfərbər Etmək Aktı” (MEGOBARI) adlanan qanun layihəsi ötən il konqresmen Co Wilson tərəfindən təqdim olunmuşdu. Cari ildə isə 119-cu çağırış Konqresdə konqresmen Stiv Kohn (Demokrat), Riçard Hadson (Respublikaçı) və Mark Vizi (Demokrat) ilə birlikdə yenidən təqdim edilib.

Konqresmenlərin açıqlamasına görə, “MEGOBARI Aktı” gürcü xalqına dəstəyin ifadəsidir və digər məsələlərlə yanaşı, insan hüquqlarının pozulmasına və demokratiyanın zəiflədilməsinə görə Gürcüstanın rəsmi şəxslərinə qarşı sanksiyaları nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın