Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstanda iki ukraynalı narkotik cinayətinə görə saxlanılıb

463
Gürcüstanda iki ukraynalı narkotik cinayətinə görə saxlanılıb
Dinləmək üçün basın

Daxili İşlər Nazirliyinin patrul polisi departamentinin əməkdaşları həyata keçirdikləri operativ və istintaq tədbirləri nəticəsində narkotik cinayətində ittiham olunan iki Ukrayna vətəndaşını saxlayıb.

Daxili İşlər Nazirliyinin patrul polisi departamentinin əməkdaşları həyata keçirdikləri operativ və istintaq tədbirləri nəticəsində narkotik cinayətində ittiham olunan iki Ukrayna vətəndaşını saxlayıb.

InterPress.hr xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

“2005-ci il təvəllüdlü S.T. və 2005-ci il təvəllüdlü O.K. qabaqcadan əlbir olan qrup tərkibində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, həmçinin satmağa hazırlıq və satmağa cəhd ittihamı ilə təqsirləndirilirlər.

Cinayət əməllərinə görə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Hüquq-mühafizə orqanları saxlanılan şəxslərin üzərinə, avtomobilinə və müvəqqəti yaşayış yerinə baxış keçirərkən xüsusilə böyük miqdarda – 103 bükümdə qablaşdırılmış “metadon” narkotik vasitəsi müsadirə edib.

 

İstintaq hərəkətləri nəticəsində sübut kimi elektron tərəzi və narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar götürülüb.

İstintaq qabaqcadan əlbir olan qrup tərkibində, xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, həmçinin satmağa hazırlıq və satmağa cəhd faktları üzrə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı və 19-260-cı maddələri ilə aparılır”, – deyə nazirliyin məlumatında bildirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →