
Almaniyanın Gürcüstandakı səfirliyi Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə bəyanat yayıb
Almaniyanın Gürcüstandakı səfirliyi Ümumdünya Mətbuat Azadlığı günü münasibətilə sosial şəbəkədə bəyanat yayıb.
InterPrsss.ge xəbər verir ki, bəyanatda vurğulanır ki, Almaniya səfirliyi bütün media nümayəndələrinə onların fəaliyyətinə görə təşəkkür edir.
Səfirliyin açıqlamasına görə, orada, harada ki mətbuat azadlığı yoxdur, insan hüquqlarının pozulması daha tez-tez baş verir.
“Söz və mətbuat azadlığı fundamental hüquqdur və bütün demokratik cəmiyyətlərin təməl daşıdır.
Demokratiya azad media olmadan təsəvvür edilə bilməz. Media cəmiyyətə məlumat çatdırır, problemlərə diqqət çəkir və ictimai rəyin formalaşmasına kömək edir. Bütün bunları isə jurnalistlər yalnız o halda bacarar ki, media mühiti azad, müxtəlif və müstəqil olsun.
Orada ki mətbuat azadlığı yoxdur, insan hüquqlarının pozulması daha çox müşahidə olunur.
Mətbuat Azadlığı üzrə Beynəlxalq Gün münasibətilə bütün media işçilərinə onların fəaliyyəti üçün təşəkkür edirik,” – deyə bəyanatda qeyd olunub.