Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idi
TVCANLI

Gürcüstanda illik inflyasiya 3.4%-ə çatıb

384
Gürcüstanda illik inflyasiya 3.4%-ə çatıb
Dinləmək üçün basın

2025-ci ilin aprel ayında aylıq inflyasiya 0.2%, illik inflyasiya isə 3.4% təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.

Verilən məlumata əsasən, əsas inflyasiya göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 2.3%-ə bərabər olub. Tütün məhsulları nəzərə alınmadan əsas inflyasiya göstəricisi də 2.3% səviyyəsində qeydə alınıb.

Aylıq inflyasiyaya əsas təsirlər:

Ərzaq və alkoqolsuz içkilər üzrə qiymətlər 0.4% artıb. Ən çox artım meyvə və üzüm (5.2%), çörək və çörək məhsulları (2.2%), qəhvə, çay və kakao (1.9%), balıq məhsulları (1.5%), yağ və piy (1.5%), ət və ət məhsulları (0.2%), şəkər və digər şirniyyatlarda (0.2%) müşahidə olunub.

Qiymət azalması tərəvəz və bostan məhsullarında (-2.1%), süd, pendir və yumurtada (-1.5%), alkoqolsuz içkilər və təbii şirələrdə (-1.2%) olub.

Geyim və ayaqqabı qrupu üzrə qiymətlər 1.5% artıb.

Səhiyyə xidmətləri üzrə qiymətlər 0.4% artıb.

Nəqliyyat qrupu üzrə qiymətlər 1.0% azalıb.

İllik inflyasiyaya əsas təsirlər:

Ərzaq və alkoqolsuz içkilər üzrə qiymətlər 7.0% artaraq illik inflyasiyada 2.43 faiz bəndi təsir göstərib. Ən çox artım yağ və piy (18.2%), tərəvəz və bostan məhsulları (16.5%), qəhvə, çay və kakao (15.7%), şəkər və digər şirniyyatlar (11.0%), çörək və çörək məhsulları (8.3%), alkoqolsuz içkilər və təbii şirələr (8.0%), balıq məhsulları (6.1%), süd, pendir və yumurta (5.5%), ət və ət məhsulları (0.7%) sahələrində olub. Meyvə və üzümdə isə qiymətlər 8.3% azalıb.

Səhiyyə xidmətləri üzrə qiymətlər 9.2% artaraq illik inflyasiyada 0.77 faiz bəndi təsir göstərib.

Müxtəlif mal və xidmətlər üzrə qiymətlər 6.1% artıb.

Əlaqə xidmətləri üzrə qiymətlər 12.4% azalıb, bu isə inflyasiyanı -0.46 faiz bəndi azaldıb.

Sakstat-ın məlumatında vurğulanır ki, inflyasiya əsasən ərzaq məhsulları və səhiyyə xidmətləri sahəsindəki qiymət dəyişiklikləri ilə əlaqədardır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Gürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırSon xəbərlərə bax →