"Rejim Gürcüstanda müxalifəti susdurmaq və qorxutmaq cəhdlərini davam etdirir"
InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Petras Austrevicius özünün X səhifəsində yazıb.
"Tbilisi Şəhər Məhkəməsi müxalifət partiyası "Axali"nin sözçüsü Miranda Baqaturiya və "Qirçi - Daha Çox Azadlıq" partiyasının sözçüsü Ana Kuraşvilini polis məmurunu guya təhqir etdiyinə görə cərimələyib. Gürcüstanda rejim müxalifəti susdurmaq və qorxutmaq cəhdlərini davam etdirir", - deyə o qeyd edib.
