İrakli Kobaxidze: “2024-cü ildə Gürcüstanda müsbət miqrasiya saldosu qeydə alındı”
2024-cü ildə ölkədə müsbət miqrasiya saldosu qeydə alınıb – yəni, ölkədən gedənlərin sayı geri qayıdanlardan az olub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, ötən il ölkəyə daxil olanların sayı ölkəni tərk edənlərdən 850 nəfər çox olub.
“2024-cü ildə müsbət miqrasiya saldosuna nail olduq, yəni, ölkəni tərk edənlər geri qayıdanlardan daha az idi. Konkret olaraq, Gürcüstan vətəndaşları arasında da müsbət miqrasiya saldosu qeydə alındı. Təxminən 850 nəfər çox insan ölkəyə qayıtdı, nəinki ölkəni tərk etdi. Bizim əsas məqsədimiz odur ki, mümkün qədər çox emigrantımızı geri qaytaraq. Bu baxımdan iqtisadi artım tempinin yüksək səviyyədə saxlanılması da çox vacibdir,” – deyə Kobaxidze bildirib.
Baş nazir əlavə edib ki, digər demoqrafik göstəricilər – doğum, nikah və boşanma halları baxımından vəziyyət o qədər də qənaətbəxş deyil və bu istiqamətdə daha çox iş görülməlidir.


